Xəzər Xəbər

Zaqatalada ağır yol qəzası: 2 nəfər öldü VİDEO

Veb TV | 18:50 • 21 Noyabr 2018
Zaqatalada ağır yol qəzası: 2 nəfər öldü

Avtomobilin yoldan çıxaraq aşması ölümlə nəticələnib..

Hadisə gecə saatlarındaZaqataladaDanaçı kəndi ərazisində baş verib. Rayonun Aşağı Çardaqlar kənd sakini, 29 yaşlı Emil Kahayev idarə etdiyiminik avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəbindən maşınaşıb və yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü Emil Kahayev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişin 21 yaşlı Amid Şabanov isə xəstəxanadadünyasını dəyişib.

Balakəndəki qəza da ölümlə nəticələnib.Hadisə rayonun Poçtbinə kəndi ərazisində baş verib. 33 yaşlıBalakən rayonunda kirayədə yaşayan Ülvi Əliyev idarəetdiyiminik avtomobili ilə yol qəzası törədib. Qəzadan sonra müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə o, xəstəxanaya aparılarkən yolda ölüb.

Şəki rayon Vərəzəy kəndində isə uşağın ölümü ilə nəticələn yol qəzası baş verib.Baş Zəyzid kənd sakini Asiman Sədirov, babası ilə evinə gedən 4 yaşlı Sübhan Qasımovu vurub.Yaralı uşaqxəstəxanaya aparılarkən yolda ölüb.

Sumqayıtda da piyadanın ölümü ilə nəticələnən qəza olub. hadisə Bakı-Quba yolunun şəhər ərazisindən keçən hissəsində baş verib.63 yaşlıYaşar Əhmədov piyada keçidindən yolu keçərkən qarşı tərəfdən gələn avtomobil tərəfindən vurulub. Yaralı yaxınlıqda olan insanların köməkliyi ilə xəstəxayənaya çatdırılsada orada dünyasını dəyişib.

Xəbər lenti