Xəzər Xəbər

Dünya gücləri “S-400”-ləri niyə alır? – Almanlardan İNANILMAZ İDDİA

Dünya | 18:06 • 21 Noyabr 2018
Dünya gücləri “S-400”-ləri niyə alır?

Rusiyanın "S-400” zenit-raket kompleksləri dünya silah bazarında "ixracat hiti”nə çevrilib.

Bu haqda Almaniyanın "Die Welt” qəzeti yazıb.

Nəşr qeyd edir ki, kompleksləri yanvarın əvvəlində artıq Çin alıb, növbəti il "S-400”-lər Türkiyəyə gəlməlidir, oktyabrda isə Hindistanla 5 milyard dollarlıq müqavilə imzalanıb.

Qəzetin ekspertlərinin fikrincə, "S-400” texniki xarakteristikaları üzrə Amerika analoqlarını qabaqlayır. Xüsusi halda, Rusiya kompleksi 30 kilometr hündürlükdə, 400 kilometr radiusda hərəkət edən müxtəlif hədəfləri vurmağa qadirdir və müxtəlif mənzilli raketlərlə təchiz edilir. Amerika "Patriot” sistemləri isə 100 kilometr uçuş məsafəsi olan raketləriylə təchiz edilir.

Ancaq məqalə müəllifi iddia edir ki, əslində, texniki xarakteristikalar alıcılar üçün ikinci dərəcəli əhəmiyyətə malikdir, sazişlərdə siyasi mətnaltı var.

"Bununla əlaqədar olaraq, "S-400”-lər ölkələrin çoxu üçün ABŞ-la dialoqda əhəmiyyətli "kozır”a çevrilir. Bu, onlara öz müstəqilliyini müdafiə etməyə kömək edir. Artıq "S-400” kompleksin alınmasında yalnız bir maraq var: bu, Vaşinqtona öz qaydalarını diktə etməyə icazə verməyən suveren dövlət kimi özünü təqdim etməyə imkan verir”, - nəşr yekunlaşdırıb./publika.az

Xəbər lenti