Xəzər Xəbər

İraq ordusunun `F-16`ları İŞİD-i bombardman edib

Dünya | 14:09 • 21 Noyabr 2018
İraq ordusunun `F-16`ları İŞİD-i bombardman edib
İraq ordusu "F-16" döyüş təyyarələri ilə Suriyada İŞİD terror təşkilatının hədəflərinə zərbə endirib. "kurdistan24" portalı bildirir ki, avia hücumlar zamanı 40 terrorçu məhv edilib.

İraqın Birgə Əməliyyatlar Komandanlığı açıqlayıb ki, baş nazir Adil Əbdülmehdinin göstərişilə Suriya ərazisindəki İŞİD hədəflərinə qarşı keçirilən əməliyyat uğurla başa çatıb.

Deyr-əz-Zor bölgəsinin şərqində yerləşən Susə məntəqəsində İŞİD-çilərə məxsus silah-sursat anbarı da dağıdılıb./FaktXəbər

Xəbər lenti