Xəzər Xəbər

Sumqayıtlı Messi “Beşiktaş”da

İdman | 13:58 • 21 Noyabr 2018
Sumqayıtlı Messi “Beşiktaş”da

Türkiyənin "Beşiktaş” klubu "Sumqayıt” futbol klubunun 12 yaşadək futbolçulardan ibarət komandasının üzvü Nihat Əhmədzadəni heyətinə qatıb.


"Sumqayıt” futbol klubunun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, 12 yaşlı futbolçu bundan sonra "Beşiktaş”ın futbol akademiyasında oynayacaq.


Nihat Əhmədzadə "Mançester Yunayted Futbol Məktəbi”nə seçimlərdə də iştirak edib.


Qeyd edək ki, Türkiyə mətbuatı Nihatı Azərbaycanın Lionel Messisi (Azəri Messi) adlandırıb və "Beşiktaş Azəri Messiyi transfer etdi” başlıqlı materiallar dərc edib.

Xəbər lenti