Xəzər Xəbər

Babək prospektində qəza: sürücüsü ölüb

Hadisə | 13:56 • 21 Noyabr 2018
Babək prospektində qəza:

Nizami rayonunun Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən xezerxeber.az-a verilən məlumata görə, noyabrın 20-də saat 20 radələrində Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini Rahim Sultanov idarə etdiyi "Daewoo” markalı avtomobilli yolun kənarında dayanmış paytaxt sakini Emil Həsənova məxsus "Audi” markalı avtomobilə vurub. Nəticədə R.Sultanov hadisə yerində ölüb, E.Həsənova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti