Xəzər Xəbər

Ərəbistana gedən prezidentdən 1 aydır XƏBƏR YOXDUR

Dünya | 13:12 • 21 Noyabr 2018
Ərəbistana gedən prezidentdən 1 aydır

Livan baş naziri Həririnin əsir götürülməsi və müxalif jurnalist Camal Kaşıkçının (Xaşuqi) qətlindən sonra Səudiyyə Ərəbistanı ilə bağlı daha bir qəribə xəbər gəlib. FaktXeber.com-un Haberler-ə istinadla verdiyi məlumata görə, oktyabrın 24-də Gələcəyə Sərmayə Təşəbbüsü Konfransına qatılmaq üçün Səudiyyə Ərəbistanına gedən Qabon prezidenti Əli Bonqon yoxa çıxıb. Ondan 1 aydır ki, xəbər alınmır.

Qabonlu rəsmilər, prezidentin Riyadda halsızlıq səbəbindən xəstəxanaya yerləşdirildiyini bildirib. Lakin Afrika Birliyi bu açıqlamaya qane olmayaraq Qabona mütəxəssislərdən ibarət heyət yollayacaq. Heyət həm ölkədəki siyasi durum, həm də Bonqonun səhhəti ilə bağlı məlumat alacaq.

Xəbər lenti