Xəzər Xəbər

Azərbaycanlı yeniyetmədən yeni ixtira ekoloji ixtirası BMT-nin diqqət mərkəzindədir - VİDEO

Veb TV | 20:38 • 20 Noyabr 2018
Azərbaycanlı yeniyetmədən yeni ixtira

Yol kənarlarında quraşdırılan elektrik dirəkləri həm də havanın təmizləməsifunksiyasını yerinə yetirə bilər. 15 yaşlı azərbaycanlı ixtiraçının bu ekolojilayihəsiBMT-nin də diqqətindədir.

15yaşlı yeniyetmə yol kənarlarındakı işıq dirəklərinin içərisinə yerləşdiriləcək xüsusi filtrasiya sistemi vasitəsilə atmosferi zərərli maddələr, zəhərli qazlar və toz hissəciklərindən təmizləməyin mümkün olduğunu deyir.

Arif Qəhrəmanlı akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdidir. Hazırda ali məktəbə hazırlaşan Arif həm də ixtirası üzərində çalışır. 15 yaşlı yeniyetmə hesab edire ki,layihəsi tezliklə ekologiya və ətraf mühitə fayda gətirəcək.

Arifin sözlərinə görə , bu mexaniznim köməyi ilə,atmosferdəki zərərverici hissəciklər toplayıcı qabda yerləşdiriləcək. Dirəklərin içərisində quraşdırılacaq motor vasitəsi ilə çirkli hava , təmiz havaya çevrilərək xaric olunacaq.

Arif öz ixtirası barədə BMT-yə, Dünya Bankına sorğu göndərib.BMT -nin Türkiyədə yerləşən regional ofisinin təmiz şəhər, ətraf mühitlayihə rəhbəri Rey Boyl Arif Qəhrəmanlının ideyası ilə yaxındantanış olub vəbeynəlxalq təşkilat adından bu layihədə maraqlı olduqlarını deyib.

Hazırda gənc ixtiraçı hava təmizləyən dirək üzərində son təkmilləşdirmə işi aparır. O, bu dirəklərin Bakı da daxil olmaqla meqapolislərdə, Çin, Hindistan kimi ekoloji çirkli yerlərdəquraşdırılmasını istəyir.

Xəbər lenti