Xəzər Xəbər

Qaşıqçı cinayətində heç bir ŞÜBHƏ QALMADI: Vaşinqtondan ŞOK BƏYANAT

Dünya | 18:24 • 20 Noyabr 2018
Qaşıqçı cinayətində heç bir ŞÜBHƏ QALMADI:

Camal Qaşıqçı cinayətində Səudiyyə Ərəbistanının rəhbərliyinin iştirak etdiyinə dair çox güclü fikir birliyi var, bunu kimsə mübahisə etmir.

Bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Qaşıqçı cinayəti barədə hesabatı ilə tanış olan ABŞ Dövlət Departamentinin səlahiyyətlisi "ABC News” telekanalına müsahibəsində deyib.

"Səudiyyəli jurnalist Camal Qaşıqçı cinayətində əmrin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən verildiyi gün kimi aşkardır”, - o söyləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl MKİ-dəki mənbəyə istinadən "Vaşinqton Post” nəşrinin yazdığına görə, MKİ Qaşıqçının ölüm əmrinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən verildiyi qənaətinə gəlib.

Daha əvvəl isə Səudiyyə Ərəbistanının Baş Prokurorluğu Qaşıqçının cinayəti ilə bağlı şok detalları açıqlayıb. Prokurorluq Qaşıqçının cəsədinin parçalanaraq İstanbuldakı baş konsulluqdan çıxarıldığını etiraf edib. Açıqlamada Qaşıqçının ölümündə boğulmanın və öldürücü dozada verilən dərmanın təsiri olduğunu bildirib.

Prokurorun açıqlamasına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın məsləhətçisi Səud əl Kahtaniyə Qaşıqçını ölkəyə geri qaytarmaq əmri verilib. Ölkəyə geri qaytarılması təmin olunmadıqda isə öldürülüb. Ölüm əmrini İstanbula göndərilən komandanın başçısı verib. Kahtaninin ölkədən çıxışı qadağan edilib.

Cinayətdə adları çəkilən 11 şübhəlidən 5-nin edam edilməsi tələb olunub.

Xatırladaq ki, Qaşıqçı oktyabrın 2-də öldürülüb./publika.az

Xəbər lenti