Xəzər Xəbər

Lavrov Rusiya-ABŞ əlaqələrindəki SİRRİ AÇIQLADI: Onlar Trampın...

Dünya | 17:58 • 20 Noyabr 2018
Lavrov Rusiya-ABŞ əlaqələrindəki SİRRİ AÇIQLADI: Onlar Trampın...

Rusiya ilə münasibətlərin qaydaya salınması üzrə ABŞ prezidenti Donald Trampın istənilən addımları dağıdıcı yanaşmaya tərəfdar olan şəxslər tərəfindən bloklanır.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bunu beynəlxalq işlər üzrə Rusiya Şurasının ümumi yığıncağında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Artıq aydındır ki, Vaşinqtondan yeni, həmçinin Rusiya istiqamətində qeyri-adekvat hərəkətləri tamamilə gözləmək olar. Vaşinqtonda ən kəskin müasir problemlər üzrə Moskva ilə normal əlaqələr qurmaq istəyən prezident Donald Trampın istənilən addımları ölkəmizlə münasibətlərdə dağıdıcı yanaşmanı formalaşdırmaq istəyənlər tərəfindən bloklanır”, - Lavrov deyib./publika.az

Xəbər lenti