Xəzər Xəbər

Həyatlarında ilk dəfə paltaryuyan maşın gördülər VİDEO

Veb TV | 17:14 • 20 Noyabr 2018
Həyatlarında ilk dəfə paltaryuyan maşın gördülər

Anadoludakı min illik köçəri həyat tərzini davam etdirən Mərsinin Silifkə rayonundakı qadınlar həyatlarında ilk dəfə paltaryuyan maşınla tanış olublar.

Köçəri həyatları olan və çadırlarda yaşayan qadınlar maşını necə istifadə etmək lazım olduğunu öyrəniblər.

Qadınlar paltaryuyan maşınının işlərini asanlaşdıracağını qeyd edərək ” Heç vaxt paltaryuyan maşın görməmişdik. İndi gördük. Bizlərə çox rahatlıq gətirəcək. İlıq su qaynadıb paltarları əlimizlə yuyurduq. Bu gündən sonra işimiz asanlaşacaq” deyərək çox xoşbəxt olduqlarını bildiriblər. (Moderator.az)

Xəbər lenti