Xəzər Xəbər

"Barselona"nın transfer hədəfi - Mattiys De Ligt

İdman | 17:05 • 20 Noyabr 2018
"Barselona"nın transfer hədəfi -

"Barselona" Mattiys De Ligtin transferi üçün "Ayaks"la danışıqlara başlamağa hazırlaşır.


"The Mirror" xəbər verir ki, Kataloniya klubu gənc ulduzu yanvarda heyətinə qatmağa çalışacaq. İddialara görə, "Barselona" holland futbolçu üçün 67 milyon avro təklif etmək niyyətindədi.


Qeyd edək ki, "Ayaks"ın yetirməsi olan 19 yaşlı mərkəz müdafiəçisinə "Transfermarkt" 50 milyon avro qiymət qoyub. Futbolçu cari mövsümdə keçirdiyi 21 rəsmi oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib./fanat.az

Xəbər lenti

Çox oxunanlar