Xəzər Xəbər

Tuba Büyüküstün yeni saç stili və dekoltesi ilə gecəyə damğa vurdu

Şou Biznes | 15:26 • 20 Noyabr 2018
Tuba Büyüküstün yeni saç stili və dekoltesi ilə gecəyə damğa vurdu

Türkiyəli aktrisa Tuba Büyüküstün geyimi ilə "Emmy” mükafatlarının təqdimetmə mərasimində diqqət mərkəzində olub.

Dünən Nyu-Yorkda "Emmy" mükafatlarının təqdimetmə mərasimi baş tutub. Türk serialları və aktyorlarının gecədə mükafat alması qırmızı xalçada böyük maraq doğurub. Tuba Büyüküstünün oynadığı "Cəsur və Gözəl" gecədə "Ən yaxşı serial" kateqoriyasında namizəd olub.

Mərasim üçün xüsusi hazırlıq görən Büyüküstün qeyri-adi sinə dekolteli paltarıyla gecəyə damğa vurub. Ulduzun gecə üçün seçdiyi məxmər libası "Nian" moda evinə aiddir.

Büyüküstün açıqlamasında bildirib ki, "Emmy İnternational” mükafatını qazanmasa da, sadəcə namizəd olmaq onu çox sevindirir./publika.az

Xəbər lenti