Xəzər Xəbər

Kuril adaları ilə bağlı problemin həlli kompromis tələb edir - Rusiyadan açıqlama

Dünya | 10:45 • 19 Noyabr 2018
Kuril adaları ilə bağlı problemin həlli kompromis tələb edir -

"Rusiyanın Kuril adalarını Yaponiyaya avtomatik olaraq verilməsindən söhbət gedə bilməz”. 


Bunu Rusiya Prezidentinin köməkçisi Dmitri Peskov "İnterfaks”a açıqlamasında bildirib.



Dmitri Peskov bildirib ki, Rusiya lideri Putinlə Yaponiya Baş naziri Sindzo Abe arasında danışıqlar 1956-cı il Sovet-Yapon deklorasiyasına əsaslanır: "Bu o deməkdir ki, hansısa ərazi yaponiyaya avtomatik olaraq veriləcək? Qətiyyən yox! Kurillə bağlı problem Rusiya və Yaponiya maraqlarına uyğun kompromis tələb edir”.

Xəbər lenti