Xəzər Xəbər

Ötən iki gün ərzində yol qəzasında 5 nəfər ölüb, 10 nəfər xəsarət alıb

Hadisə | 10:39 • 19 Noyabr 2018
Ötən iki gün ərzində yol qəzasında 5 nəfər ölüb, 10 nəfər xəsarət alıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 188 cinayət faktı qeydə alınıb. Onların da 29-nun üstü "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış iki cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş 10 yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər ölüb, on nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli yeddi, qanunsuz saxlanılan silah-sursatla bağlı iki fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

Xəbər lenti