Xəzər Xəbər

Çində helikopter qəzaya uğrayıb

Dünya | 22:41 • 18 Noyabr 2018
Çində helikopter qəzaya uğrayıb

Çinin Siçuan vilayətində turist helikopteri qəzaya uğrayaraq yola düşüb. Nəticədə 2 pilot yüngül dərəcədə xəsarət alıb.

Xezerxeber.az xəbər verir ki, hadisə günorta yerli vaxtla saat 12:10-da (Bakı vaxtı ilə 08:10) Emey dağında turistlər üçün nəzərdə tutulan mənzərəli ərazidə baş verib. Yaralı pilotlar xəstəxanaya yerləşdiriliblər.

ABŞ-ın "Robinson Helicopter” şirkətinin istehsalı olan 2 nəfərlik "R22” tipli bir mühərrikli helikopter turistlərin gəzintisi üçün istifadə olunurmuş.

Hadisə yerində təhqiqat aparılır.


Xəbər lenti