Xəzər Xəbər

Kənd turizmində yeni standartlar tətbiq ediləcək - VİDEO

Veb TV | 19:12 • 18 Noyabr 2018
Kənd turizmində yeni standartlar tətbiq ediləcək -

Azərbaycanda turistlərin qaldığı kənd evlərində yeni standartlar tətbiq ediləcək.

Xezerxeber.az-ın məlumatına görə, bu standartlar əsasında kənd evləri göstərilən xidmət səviyyəsinə görə bir neçə kateqoriyaya bölünəcək.

Turizm üzrə ekspert Rəhman Quliyev bildirir ki, yeni standartların tətbiq edilməsi üçün, ilk növbədə Kənd Evləri Assosiasiyası yaradılmalıdır. Belə təcrübə bir sıra ölkələrdə hələ illər əvvəl tətbiq edilib və öz müsbət təsirini göstərib.

Tətbiq ediləcək standartlar vasitəsi ilə turistlərin qalacağı evdə minimum şəraitin necə olması göstəriləcək. Məsələn, minimum 3 otağı, həyətində hovuzu, idman üçün vasitələri olan və ev sahibinin yaşamadığı mənzillər A kateqoriyasına şamil ediləcək. Nisbətən az konfortlu olan evlər isə digər kateqoriyalarda yer alacaq.

Yeni standartların tətbiqi zamanı kənd evləri dünyanın ən geniş yayılmış, turistlərin beynəlxalq yerləşdirmə saytlarında xarici və yerli turistlərə təqdim ediləcək. Qiymətlər isə kateqoriyalara görə dəyişəcək. Konfortlu evlər isə sahiblərinə daha çox pul qazandıracaq.

Kənd turizmində yeni standartların tətbiqi əsasən ərəb ölkələrindən gələn turistlərin sayını artıracaq. Çünki turistlərin əksəriyyəti dağlıq zonalardakı yaşayış məntəqələrində istirahət etməyi seçirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətarflı videomaterialı təqdim edir:


Xəbər lenti