Xəzər Xəbər

Mənzili təmirli, yoxsa təmirsiz almaq sərfəlidir? - VİDEO

Veb TV | 20:34 • 18 Noyabr 2018
Mənzili təmirli, yoxsa təmirsiz almaq sərfəlidir? -

Yeni tikililərdən mənzil almaq istəyən vətəndaşları ən çox düşündürən suallardan biri də həmin mənzilin təmirli və ya təmirsiz olması ilə bağlıdır.

Xezerxeber.az-ın məlumatına görə, vətəndaşların bir qismi mənzili təmirsiz, bir qismi isə təmirli almağa üstünlük verirlər. Bəzi vətəndaşlar isə mənzil alarkən seçim qarşısında qalırlar. Bəs mənzili təmirsiz almaq daha sərfəlidir, yoxsa təmirli?

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirir ki, son vaxtlar Azərbaycanda yeni tikilən binalarda mənzillərin böyük hissəsi təmirsiz olaraq müştərilərə satılır. Əvvələr isə tikinti şirkətləri mənzilləri təmirli şəkildə satışa çıxarsalar da sonradan bu konsepsiya özünü doğrulda bilmədi. Çünki mənzili təmirli satmaq tikinti şirkətlərinə maliyyə baxımından sərf etmədi. Odur ki, əksər vətəndaşlar mənzili alıb özləri təmir etdirirlər.

Ramil Osmanlının fikirincə, təmirli mənzil almaq, təmirsiz mənzilə nisbətən daha ucuz başa gəlir.

Ekspert bildirir ki,Türkiyə və digər ölkələrdə də vətəndaşlar tam təmirli şəkildə mənzil alamğa üstünlük verirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətarflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar