Xəzər Xəbər

Belarus XİN-dən Paşinyana sərt cavab: “Özünü prokuror kimi aparır” - VİDEO

Veb TV | 20:10 • 17 Noyabr 2018
Belarus XİN-dən Paşinyana sərt cavab:

Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatına üzv dövlətlərdən olan Qazaxıstan və Belarusun Azərbaycanla olan yüksək səviyyəli münasibətləri Ermənistanı əməlli başlı qıcıqlandırıb. Bu ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyan həddini aşaraq Belarus və Qazaxıstandan prezident səviyyəsində izahat tələb edəcəklərini deyib. Belərusdan da buna cavabı elə kifayət qədər ağır olub.

Beynəlxalq siyasi müstəvidə diletant olan Ermənisrtan rəhbərliyi növbəti dəfə qeyri peşəkarlığını və səriştəsiliyini nümayiş etdirib. Belə ki, Nikol Paşinyan Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatındakı uğursuzluqlarını digər dövlət başçılarını ittiham etməklə ört-basdır etmək istəyir. Söhbət Yuri Xaçaturovun baş katibliyinə xitam verilməsindən sonrakı vəziyyətdən gedir. Ermənistanın növbəti baş katibin də bu ölkəni təmsil etməsi istəyi digər üzv dövlətlər tərəfindən isti qarşılanmayıb.

Belə ki, Astana Zirvəsində Qazaxıstan prezidenti Nursultan Nazarbayev, bir neçə gün əvvəl isə Belarus prezidenti Aleksandr Lukaşenko bildiriblər ki Ermənistan öz təmsilçisi barədə cinayət işi açmaqla həm də təşkilatın nüfuzuna xələl gətirib. Ona görədə baş katibliyə növbəti namizədin Belarus təmsilçisi olması təklif olunur. Bu, Ermənistanın dövrü baş katibliyi postunu vaxtından əvvəl itirməsi deməkdir.

Xarcici siyasətdə növbəti uğursuzluqla barışmayan Paşinyan isə bu dəfə sözün əsl mənasında həddini aşıb. O, Ermənistanın Belarus və Qazaxıstandan prezidentlər səviyyəsində izahat tələb edəcəyini deyib.

Buna Belarusun cavabı isə kifayət qədər adekvat və ağır olub. Belarusun xarici işlər nazirliyinin rəsmisi Anatoli Qlaz ölkəsinin mövqeytini bu cür ifadə edib. "Görünür, O, (Nikol Paşinyan) özünü cəzalandırmaq və ya əfv etmək səlahiyyəti olan beynəlxalq prokuror kimi təsəvvür edir. Yəqin, cənab Paşinyan hələ "küçə demokratiyası" qaydalarının böyük siyasətdə qəbuledilməz olduğunu başa düşməyib. Təəssüf edirik. Ümid edirik ki, zamanla bu, qaydaya düşəcək ",

Yaranmış vəziyyət onu göstəriri ki, Ermənistan kollektiv təhlükəsilik müqaviləsi təşkilatında ciddi tərəfdaş kimi qəbul olunmur. Bu ölkə təşkilata üzv dövlətlər üçün yükdən və əlavə problemdən başqa bir şey deyil.

Ermənistanın narahat edən əsas məqam isə Qazaxıtan və Belarsun Azərbaycanla olan yüksək səviyyəli münasibətləridir. Hər iki ölkənin Azərbaycana hörməti və rəğbəti var. Azərbaycanla bu ölkələr arasında dövlət başçıları səviyyəsində qarşılıqlı etimad və dost münasibət mövcuddur. Ermənistan rəhbərliyi Qazaxıstan və Belarusun təşkilatda ölkəsinə qarşı mövqeyini də məhz bununla əlaqələndirir.

Xəbər lenti