Xəzər Xəbər

Azərbaycanı təbii fəlakətdən peyklər qoruyacaq VİDEO

Veb TV | 19:38 • 17 Noyabr 2018
Azərbaycanı təbii fəlakətdən peyklər qoruyacaq

İqtisadiyyatın inkişafı üçün ölkəmizin kosmosdakı peykləridnən daha aktiv şəkildə istifadə ediləcək. Təsdiqlənəndövlət proqramında turizm zonalaırnın müəyyənləşdirilməsi ,yolların çəkilməsi, sürüşmə zonalarının müəyyənləşdirilməsi və ölkə daxili digər məsələlərdə peyklərimizdən geniş istifadə nəzərdə tutulur.

Azərbaycanın kosmosda olan peyklərindən dövlət qurumlarının işinin təşkilində geniş şəkildə istifadə ediləcək. bu, həm Dövlət qurumlarının effektivliyini,həm dəiqtisadi səmərəliliyi artıracaq.

Xüsusəndə yerin məsafədən müşahidə edilməsi peyki olan ''Azər Sky'' vasitəsi ilə yeni turizm ərazilərinin tapılması hədəflənir. Bütün bunlar yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün dövlət proqramında nəzərdə tutulub.

Bundan başqa müasir yolların çəkilməsi, yer səthəində geoloji müşahidələrin aparılması kimi məsələlərdə də müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq nəzərdə tutulur.

Bu peyklərlə hava limanlarının ərazilərinə də nəzarət ediləcək ve yeni limanlar üçün ərazi planlaşdırılacaq. Azərbaycanda qurulmuş universal yer üstü stansiya vasitəsi ilə ölkəmizin üstündən keçən bütün yer üstü müşahidə peyklərindən görüntü almaq mümkün olacaq.

Xəbər lenti

Çox oxunanlar