Xəzər Xəbər

Göyçayda canavarlar kəndə hücum etdi Heyvanlar tələf oldu - VİDEO

Veb TV | 19:11 • 17 Noyabr 2018
Göyçayda canavarlar kəndə hücum etdi

Göyçayda canavarlar gündüz saatlarında kəndə hücum edib. Yırtıcı heyvanlar bir neçə qoyunu parçalayıb. Sakinlərin sözlərinə görə,son zamanlar canavar və digər vəhşi heyvanların kəndlərəhücumu xeyli artıb.

Kəndə hücum edən canavarlar bir neçə qoyunu parçalayıb.

Hadisə Göyçayın Hacalıkənd kəndində, Mahir Xəlilova məxsus təsərrüfatda baş verib. Gündüz saatlarında həyətyanı sahədə olan xırdabuynuzlu heyvanlar canavarların hücumuna məruz qalıb. Yırtıcı hevyanlar 37 baş qoyundan bir neçəsini tələf edib.

Yaralı heyvanlar baytarların nəzarətinə götürülüb. Ölənlər isə dezinfeksiya edilərək basdırılıb.

Sakinlərin sözlərinə görə, son zamanlarda canavar və digər vəhşi heyvanlar xeyli artıb. Onlar hətta, gündüz vaxtı da kəndə hücum etməkdən çəkinmirlər.

Sakinlər əlaqədar qurumların buna bir əncam çəkməsini ya da kənd soxulduqda bu heyvanları vurmağa icazə verilməsini istəyirlər.

Xəbər lenti