Xəzər Xəbər

Məsuliyyətsiz sürücü hərəkəti iflic etdi - Avtobus 15 dəqiqədən çox yolda qaldı - VİDEO

Veb TV | 19:02 • 17 Noyabr 2018
Məsuliyyətsiz sürücü hərəkəti iflic etdi -

Ötən gün paytaxtın Nərimanov rayonunda 13 saylı marşurut xətti ilə hərəkət edən sərnişinlər çətin vəziyyətlə qalıblar. Bir sürücü minik avtomobiliniyolun ortasında saxladığından ''Bakubus'' a məxsus sərnişin avtobusu 15 dəqiqədən çox eyni nöqtədə hərəkətsiz dayanıb. Bu hal isə sərnişinlərin narazılığına səbəb olub.

2-ci zolaqda, yəni yolun ortasında avtomobilini saxlayan sürücü hərəkəti iflic edib. Qoşa xəttin tələbini pozaraq qarşı yola çıxmaq istəməyən avtobus sürücüsü isə 15 dəqiqədən çox yolda qalıb.

Bu hadisə ötən gün paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsində baş verib. "Baku Bus'' şirkətinə məxsus, 13 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü Əliyar Mehdiyevin qaydaları pozmaq istəməməsi sərnişinlərin narazılığına səbəb olub. Sürücü şirkətə məxsus izləmə məntəqəsinə məlumat verib və yalnız müvafiq icazəni aldıqdan sonra qoşa xəttin tələbini pozaraq yoluna davam edib. Bu avtobusların sürücüləri deyirlər ki, onlara qaydaları pozmamaqla bağlı qəti göstəriş verilib. Ona görə də hərəkəti dayandırmağa məcbur olsalar belə, qaydaları pozmamağa çalışırlar.

Sürücülərin sözlərinə görə, onlar dayanma-durma qaydalarının pozulması səbəbindən demək olar ki, hər gün minik avtomobillərinin sürücüləri ilə mübahisə etməli olurlar.

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev Xəzər Xəbər-ə deyib ki, dayanma-durma qaydalarının pozulmasına qarşı mübarizə tədbirləri genişləndirilir və sürücülər belə halların yaşanmaması üçün avtomobillərini park etdikdə diqqətli olmalıdırlar.

Xəbər lenti