Xəzər Xəbər

9500-dən artıq şəhid ailəsinə birdəfəlik ödəmə veriləcək - Nazir

Gündəm | 18:41 • 17 Noyabr 2018
9500-dən artıq şəhid ailəsinə birdəfəlik ödəmə veriləcək - Nazir

"İlham Əliyevin 2018-ci ildə prezident seçiləndən sonra imzaladığı ilk fərman məhz şəhid ailələri ilə bağlı oldu".

XəzərXəbər xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, hazırda Prezidentin bu fərmanı uğurla icra olunur:

"Prezident İlham Əliyev bu il büdcədən bu işin icrası üçün 58 milyon, gələn il 50 milyon manat vəsaitin ayrılması ilə bağlı göstəriş verib. 9500-dən artıq şəhidlərimizin varisinə bu vəsait təqdim olunacaq. Bu işlər şəhid ailələirimizin sosial rifahının yaxşılaşdırılmasına yönəlib. 224 şəhidin 300-dək varisinə qərarın tətbiqinə başlanılıb. Növbəti həftə ərzində 300-dən artıq şəhidin varisinə birdəfəlik sığorta haqqının ödənilməsi nəzərdə tutulur. Ümumilikdə hədəfimiz cari ilin sonuna qədər 1000 şəhid ailəsinə birdəfəlik ödənişlərin edilməsidir”.

Nazir qeyd edib ki, bu gün nazirlik tərəfindən 800 müraciət araşdırılır. Bundan əlavə paralel olaraq, haqqında məhkəmə təsdiqi olan şəhidlərimizin varislərinə ödənişlər davam edir:

"Proses davam etdikcə işlər daha da sürətlənəcək. Bir neçə hal da var. Bəzən bir şəhidin bir neçə varisi olur. Ona görə bütün müraciətlər ciddi araşdırılır. 2019-cu ilin sonuna qədər bütün müraciətlər araşdırılacaq”.

Xəbər lenti