Xəzər Xəbər

Aykut Kocaman sabiq klubuna qayıtdı

İdman | 15:42 • 17 Noyabr 2018
Aykut Kocaman sabiq klubuna qayıtdı

Türkiyə Super Liqasında mübarizə aparan "Konyaspor"un yeni baş məşqçisi müəyyənləşib.

Konyalıların "sükanı arxası"na son olaraq, "Fənərbaxça"nı çalışdırmış Aykut Kocaman keçib. Kocaman bu postda istefaya göndərilən Rıza Çalımbayı əvəz edib. Onunla 2,5 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Aykut Kocaman bundan əvvəl 2005-2006 və 2014-2017-ci illərdə "Konyaspor"un baş məşqçisi olub.

Xəbər lenti