Xəzər Xəbər

ABŞ şokda! - 1000 nəfərdən xəbər yoxdur

Dünya | 14:26 • 17 Noyabr 2018
ABŞ şokda! - 1000 nəfərdən xəbər yoxdur

Kaliforniyada yanğınla bağlı son məlumat açıqlanıb

ABŞ-ın Kaliforniya ştatındakı yanğınlar davam edir.

Davam edən yanğınlarda ölü sayı 71-ə çatıb. Kory Honea verdiyi açıqlamada 1011 nəfərin itkin düşdüyünü bildirib.

"Yanğında 12263 ev və iş yeri yox olub. Bir çox insanın yanğınlardan qaçarkən alovlara yaxalandığı anlaşılır”.

Qeyd edək ki, Tramp, Kaliforniyanın yaxşı idarə edilmədiyini iddia edərək vali Ceri Braunu tənqid və Federal yardımları dayandırmaqla təhdid edib. Trampın bu gün Kaliforniyanın Malibu, Butt və Paradise şəhərlərinə səfər edəcəyi gözlənilir.

AzNews.az

Xəbər lenti