Xəzər Xəbər

XİN: Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır

Gündəm | 11:21 • 17 Noyabr 2018
XİN: Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır

Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır və özünü onun rəhbəri hesab edən şəxslərlə heç bir əlaqə saxlamır.

XəzərXəbər "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Fransanın Xarici İşlər Nazirliyinin nümayəndəsi jurnalistlərin Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Fransaya səfərinə Azərbaycan tərəfinin etirazı ilə bağlı sualına cavab verərkən deyib.

"Fransa qondarma Dağlıq Qarabağ respublikasını tanımır və özünü onun başçısı hesab edənlərlə heç bir əlaqə saxlamır. Fransa Minsk qrupunun həmsədri kimi dinc və stabil həll yolu tapmaq üzərində işləyir və öz vasitəçi missiyasını ədalətlə yerinə yetirir", - deyə XİN rəsmisi söyləyib.

Xəbər lenti