Xəzər Xəbər

Türkiyə səfiri qəzaya düşdü: 2 ölü, 4 yaralı

Dünya | 10:01 • 17 Noyabr 2018
Türkiyə səfiri qəzaya düşdü: 2 ölü, 4 yaralı
Türkiyənin Kosovadakı səfiri Kıvılcım Kılıçın xidməti avtomobili qəzaya uğrayıb.

Mramor kəndinin yaxınlığında baş verən qəza nəticəsində 2 nəfər həlak olub, 4 nəfər yaralanıb.


Hadisə zamanı səfirin yaralandığı, dövlət xəstəxanasına aparıldığı bildirilib. Hazırda xanım diplomatın sağlıq durumunun qaydasında olduğu açıqlanıb.

Xəbər lenti