Xəzər Xəbər

Məktəblərdə kişi və qadın müəllimlərin sayında kəskin fərq var - Disbalansın dəyişməsi üçün nə etməli... - VİDEO

Veb TV | 20:35 • 15 Noyabr 2018
Məktəblərdə kişi və qadın müəllimlərin sayında kəskin fərq var -

Orta məktəblərdə kişi və qadın müəllimlərin sayında ciddi fərq var.

Xezerxeber.az-ın məlumatına görə, Təhsil Nazirliyinin açıqladığı statistika bunu bir daha sübut edir.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyir ki, respublika orta ümumtəhsil məktəblərindəki vakant yerlərə müəllimlərin işə qəbulu çərçivəsində keçirilən sonuncu prosesdə 50 mindən artıq namizəd iştirak edib. Onların cəmi 8,185 nəfəri kişi pedaqoqlardır.

Eşqi Bağırovun sözlərinə görə, müəllim peşəsinə kişilərin çox da maraq göstərməməsinin səbəbi bu sahədə maaşların az olmasıdır. Amma son illər bunun qarşısını almaq üçün müəllimlərin əmək haqlarının artırılması istiqamətində tədbirlər görülür. Bu artım cüzi də olsa öz nəticəsini verməyə başlayıb.

Psixoloqlar isə hesab edir ki, orta məktəblərdəki gender disbalansını tezliklə aradan qaldırmaq lazımdır.

Psixoloq Nigar Məmmədovanın sözlərinə görə, ibtidai sinifdə qadın müəllimələrin üstünlük təşkil etməsi arzuolunandur. Amma sonrakı emosional yaş mərhələsində fənlərin kişi müəllimlər tərəfindən tədris edilməsi xüsusilə də oğlan şagirdləri üçün çox önəmlidir.

Məktəblərdə müəllimlər arasında gender bölgüsünün hansı istiqamətdə dəyişəcəyini zaman göstərəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti