Xəzər Xəbər

Dəfn qaydalarının pozulmasına görə cərimələr qüvvəyə mindi - VİDEO

Veb TV | 20:42 • 15 Noyabr 2018
Dəfn qaydalarının pozulmasına görə cərimələr qüvvəyə mindi -

Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulmasına görə cərimələr qüvvəyə minib.

Xezerxeber.az-ın məlumatına görə, bundan sonra dəfn prosesi zamanı ölmüş şəxslər barədə məlumatlar vahid reyestrə yerləşdiriləcək.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədovun sözlərinə görə, dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur.

Dəyişikliyə görə, dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər 100-300 manat, qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər 20-50 manat, vəzifəli şəxslər 500-1000 manatadək məbləğdə cərimə olunacaqlar. Qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə isə 500 manatdan 1000 manatadək məbləğdə cərimə tətbiq olunacaq.

Qaydaların pozulmasına görə, cərimələrin hansı qurum tərəfindən tətbiq edilməsi isə hələ ki, müəyyənləşməyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti