Xəzər Xəbər

Manatın məzənnəsinin sabitliyi qorunacaq - RƏSMİ

Veb TV | 20:45 • 15 Noyabr 2018
Manatın məzənnəsinin sabitliyi qorunacaq -

Nağdsız ödənişlərin həcmi hər il 7 faiz artacaq.

Xezerxeber.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədr müavini Alim Quliyev deyib.

O bildirib ki, bu ilin 9 ayında bank aktivləri 4,6, kredit portfeli 5 faiz artıb. Rəqəmsal iqtisadiyyatın formalaşması isə makroiqtisadi və monetar sabitliyin inkişafına öz təsirini göstərəcək. Elə bu məqsədlə də sentyabr ayında rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı Dövlət proqramı təsdiq edilib. Artıq Mərkəzi Bankda Dövlət proqramının icrası ilə bağlı işçi qrup yaradılıb.

Alim Quliyev bildirib ki, Dövlət proqramında nağdsız ödənişlərin genişləndirilməsi ilə bağlı 4 istiqamət müəyyənləşdirilib. Bu proqramın tətbiqi sayəsində nağdsız ödənişlərin həcmi ildə 17 milyard manat artacaq.

Mərkəzi Bankın sədr müavini onu da qeyd edib ki, bu ilin sonunadək makroiqtisadi sabitlik, xüsusilə, manatın məzənnəsinin sabitliyi qorunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti