Xəzər Xəbər

Parlamentin daxili nizamnaməsinə dəyişiklik edilir - VİDEO

Veb TV | 20:41 • 15 Noyabr 2018
Parlamentin daxili nizamnaməsinə dəyişiklik edilir -

Milli Məclisin növbəti plenar iclası keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, iclasda əsas müzakirə mövzularından biri parlamentin daxili nizamnaməsinə dəyişiklik edilməsi ilə bağlı olub.

Nizamnamədə Milli Məclisdə təmsil olunan digər xalqların nümayəndlərinə öz dilində danışmaq hüququnun verilməsi birmənalı qarşılanmayıb.

Eyni zamanda, dəyişikliyə əsasən plenar iclasın ikinci hissəsində üzürsüz səbəbdən iştirak etməyən milət vəkili ümumilikdə iclasda iştirak etməmiş sayılacaq.

Uzun müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib. Parlamentin xərclər smetası haqqında məsələyə baxan millət vəkilləri ezamiyyət xərcləri və Milli Məclis Aparatı işçilərinin maaşının artırılmasını istəyib.

Sonda büdcə müzakirələrinin noyabrın 23-də davam etidiriləcəyi bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti