Xəzər Xəbər

40 illik düşmənçilik bitdi

Dünya | 14:35 • 15 Noyabr 2018
40 illik düşmənçilik bitdi

Livanın xristian liderlərindən olan Livan Qüvvələri Partiyasının sədriSamir Cacailə Marada Hərəkatı Partiyasının lideriSüleyman Frankiarasında sülh sazişi imzalanıb.


Xristian liderlər ortaq açıqlama ilə çıxış edərək keçmişin kədərli səhifəsini bağladıqlarını və yeni başlanğıc edəcəklərini bildiriblər.


Qeyd edək ki, iki partiya arasında qarşıdurma 1978-ci ildən bəri davam edirdi. O dövrdə Kətaib Partiyasının hərbi qanadı olan Livan Qüvvələrinin Marada Partiyasına təşkil etdiyi hücum Ehden Qətliamı ilə nəticələnmişdi. Livan Qüvvələri digər partiyaları da mübarizəyə cəlb etmiş və vətəndaş müharibəsi daha da şiddətlənmişdi.


Samir Caca Franki ailəsinin evinə hücuma rəhbərlik etmiş, lakin yaralandığı üçün əraziyə çata bilməmişdi. Digər komandirin icra etdiyi vəzifə Süleyman Frankinin atasıToni Franki, anasıVera Kardahi, 2,5 yaşlı bacısıCihanvə 30-dan çox insanın ölümünə səbəb olmuşdu./Qaynarinfo

Xəbər lenti