Xəzər Xəbər

Avtomobillərdən oğurluq edən şəxslər cinayət başında yaxalanıb

Hadisə | 14:26 • 15 Noyabr 2018
Avtomobillərdən oğurluq edən şəxslər cinayət başında yaxalanıb

Sumqayıt şəhərində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.


Şəhər Polis İdarəsindən bildirilib ki, noyabrın 12-də gecə saat 3 radələrində Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində "VAZ-2107” markalı avtomobildən oğurluğa cəhd göstərən 2 nəfər ərazidə xidmət aparan 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.


Araşdırmalarla onların şəhər sakinləri Ceyhun Ələkbərov və əvvəllər məhkum olunmuş Rəşad Quliyev olduqları müəyyənləşib.


Saxlanılan şəxslərin törətdikləri digər oxşar cinayət əməllərinin də üstü polis əməkdaşları tərəfindən açılıb. Belə ki, onların digər şəhər sakini ilə birlikdə daha 12 avtomobildən pul, akkumulyator və sənəd oğurlamaları da müəyyən olunub.


İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti