Xəzər Xəbər

Məşhur serialın aktyorları sevgili oldu

Şou Biznes | 14:25 • 15 Noyabr 2018
Məşhur serialın aktyorları sevgili oldu

"Erkenci Kuş” serialının aktyorları Demet Özdemir və Can Yamanın sevgili olduğu üzə çıxıb.

Dünən adıçəkilən serialın ssenari müəllifi Aslı Zenginin doğum günü ziyafəti olub. Gecədə Demet Özdəmirlə Can Yaman da iştirak edib.Yıldız Tilbenin "El Adamı” mahnısının sədaları altında romantik anlar yaşayan serial qəhrəmanları gecə boyu səmimi hərəkətləri ilə diqqət çəkib.

Restorandan birlikdə çıxan Yaman və Özdemir fotoqrafları görəndə kiçik şok yaşayıb. Yaşadığı təlaşı gizlədə bilməyən aktyorlar əvvəlcə ayrı taksiyə minib, bir müddət sonra Özdemir və Yaman görüşərək eyni taksiylə yollarına davam edib.

Xatırladaq ki, aktrisa sevgilisi Seçkin Özdemirdən bir ay əvvəl ayrılıb. Onun ayrılıq səbəbi kimi Can Yamanla münasibətləri göstərilmişdi. Lakin cütlük bu iddiaları qəbul etmirdi./publika.az

Xəbər lenti