Xəzər Xəbər

İRLANDİYA BU XƏBƏRLƏ ÇALXALANIR: "Qız krujevalı alt paltarı geyinərək oğlanı ehtiraslandırıb"

Hadisə | 14:15 • 15 Noyabr 2018
İRLANDİYA BU XƏBƏRLƏ ÇALXALANIR:

Qızın alt paltarının məhkəmədə ona qarşı sübut kimi istifadə edilməsi etirazlara səbəb olub.

XəzərXəbər Globalnews-a istinadla xəbər verir ki, İrlandiyada, Kork əyalətində (Dublindən 250 kilometr uzaqlıqda) 27 yaşlı kişi 17 yaşlı qızı zorlamaqda ittiham olunaraq noyabrın 6-da məhkəməyə çıxarılıb.

Məhkəmədə müttəhimin vəkiliElizabeth O'Connell ifadəsində 27 yaşlı kişini müdafiə edərək bildirib ki, günah qızda olub. Belə ki, qız çox ehtiraslı alt paltarı geyinib və qızın krujevalı alt paltarı sübut kimi göstərilib.

"Qız krujevalı alt paltarı geyinərək onu ehtiraslandırıb", - deyə O'Connell söyləyib.

Alt paltarının sübut kimi istifadə edilməsi və 27 yaşlı kişiyə bəraət verilməsi ölkədə qalmaqal yaradıb.

Onlarla qadın küçələrə çıxaraq buna etiraz ediblər. Sosial şəbəkələrdə#ThisIsNotConsent həştəqi yaradılıb və bununla bağlı xeyli paylaşım edilib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti