Xəzər Xəbər

Böyük Britaniyanın "Brexit" naziri istefa verdi

Dünya | 13:59 • 15 Noyabr 2018
Böyük Britaniyanın "Brexit" naziri istefa verdi

Böyük Britaniyanın "Brexit" məsələləri üzrə naziri Dominik Raab istefa verib.

O, bu vəzifəyə iyulun 9-da Baş nazir Tereza Mey tərəfindən təyin edilmişdi.

Xatırladaq ki, ondan öncə nazir olan Devid Devis Böyük Britaniyanın Avropa İttifaqını (Aİ) tərk etməsi ilə bağlı digər hökumət üzvləri ilə fikir ayrılığı olduğu üçün istefa vermişdi.

Xəbər lenti