Xəzər Xəbər

Qarın piylərini əridən QƏRİBƏ ÜSUL

Maraqlı | 13:47 • 15 Noyabr 2018
Qarın piylərini əridən QƏRİBƏ ÜSUL

Maastrixt Universitetinin apardığı tədqiqat nəticəsində məlum olub ki, buz masajı qarın yağlarını əridir.

Araşdırma qrupu insanın soyuq havada daha çox kalori yandırdığını iddia edib. Soyuq hava ağ yağları orqanizm tərəfindən daha asan həzm edilən qəhvəyi yağ halına gətirir. Xüsusilə buz qəlibləri ilə qarına masaj etmək piyləri yandırmaq üçün əlverişli üsul sayılır. Təxminən 30 dəqiqəlik masajdan sonra piylər yavaş-yavaş əriməyə başlayacaq.

Yaxşı nəticə əldə etmək üçün bu üsulu gündə bir dəfə olmaqla 12 gün ərzində təkrar etmək lazımdır. Ancaq diqqətli olun ki, dəriniz donmasın. Dəridə qızartı və dəri uyuşması kimi əlamətlər fərq etsəniz, masajı dayandırın./publika.az

Xəbər lenti