Xəzər Xəbər

Zorla istəmədiyinə verilən 16 yaşlı qız nişan günü elə bir hərəkət etdi ki... Azərbaycanda ŞOK

Hadisə | 12:39 • 15 Noyabr 2018
Zorla istəmədiyinə verilən 16 yaşlı qız nişan günü elə bir hərəkət etdi ki...

İsmayıllı rayonunun kəndlərinin birində (kəndin adı bəlli olsa da, bəzi səbəblərdən açıqlamırıq-red.) məktəb yaşlı qız qaçırılıb.

Publika.az-ın əldə etdiyi xəbərə görə, 16 yaşlı qızın kim tərəfindən qaçırıldığı bəlli deyil.

Məlumata görə, bu gün onun nişanı olacaqmış. Qız nişanından bir gün əvvəl qaçırılıb.

Kənd sakinlərinin sözlərinə görə, dünən səhər saat 11 radələrində evlərində nişan hazırlığı görülərkən qız qonşuluqdakı bacısıgilə qab gətirməyə gedib. Bir neçə saat keçsə də, o qayıtmayıb. Anası digər qızı ilə əlaqə saxlayıb, onlara getmədiyi məlum olub.

Ailə polisə müraciət edib. Bir neçə saat sonra qız özü ailəsi ilə əlaqə saxlayıb və könüllü qaçdığını deyib. O, Qəbələ rayonunda sevdiyi oğlana qaçdığını bildirib. Oğlanın ailəsinin də bu izdivaca razı olduğunu deyib.

Sakinlər deyir ki, qızı anası bu gün nişanlanacağı oğlana məcbur verirmiş, qız buna razı deyilmiş.

Hazırda polis qızın axtarışını davam etdirir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti