Xəzər Xəbər

Bakıda qadın kirayə qaldığı evdə öldürüldü

Hadisə | 12:26 • 15 Noyabr 2018
Bakıda qadın kirayə qaldığı evdə öldürüldü

Bakıda qadın yaşadığı mənzildə qətlə yetirilib.

XəzərXəbər Report-a istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində 1967-ci il təvəllüdlü İradə Mütəllimovanın kirayədə qaldığı evdə meyiti tapılıb.

Araşdırma zamanı onun küt alətlə başına zərbələr endirilərək qətlə yetirildiyi müəyyən olunub.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət iş başlanıb. İ.Mütəllimovanı qətlə yetirən şəxsin axtarışları davam etdirilir.

Xəbər lenti