Xəzər Xəbər

Nazir: Pensiya yaşını azaltmağa ehtiyac yoxdur

Gündəm | 12:21 • 15 Noyabr 2018
Nazir: Pensiya yaşını azaltmağa ehtiyac yoxdur

İndi bütün ölkələrdə pensiya yaşı artırılır. Yəni, pensiya yaşını azaldan yoxdur. Artıq Avropa ölkələrində pensiya yaşı 67-69-a qaldırılıb.

XəzərXəbər Modern.az-a istinadən xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, normalda pensiya müddəti 12 il olmalıdır:

"Bu gün Azərbaycanda qadınların həyat dövrü 78 yaşdır. 78 yaş olduğunagörə, 65 yaşda pensiyaya çıxdıqda 13 il pensiya ala bilirlər. Ona görə də bunormaldır. Bunu azaltmağa və ya artırmağa ehtiyac yoxdur.

Pensiya məbləğinin artımı isə onunla bağlıdır ki, bu gün işləyənlər daha çox pul versinlər ki, onların pensiyası arta bilsin. Bu gün yığdığımız pul nəyə kifayət edirsə, hamısı pensiyaya yönləndirilir. Əgər işləyənlər 26 faiz yox, 50 faizversə, pensiyalar iki dəfə artacaq”.

Xatırladaq ki, ötən gün Milli Məclisdəki büdcə müzakirələri zamanı pensiya yaşı ciddi müzakirə mövzusu olmuşdu. Deputat Vahid Əhmədov hökumətə çağırış edərək, pensiya yaşını 65-dən aşağı salmağa çağırmışdı.

Xəbər lenti