Xəzər Xəbər

“Yüzlərlə hüquqşünas vəkilliyə üz tutur” - Anar Bağırov

Gündəm | 11:44 • 15 Noyabr 2018
“Yüzlərlə hüquqşünas vəkilliyə üz tutur” - Anar Bağırov
"Son müddət ərzində vəkillərin sayı 1500 nəfərdən çox olub. Biz 535 nəfəri vəkilliyə qəbul etmişik. Bunların əksəriyəti 40 yaşına qədər olan şəxslərdir. Biz sevinirik ki cavanlar vəkilliyə üz tutur"


Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, məhkəmələrdə, dövlət qurumlarında, polis və prokurorluqda işləyən yüzlərlə hüquqşünas vəkilliyə üz tutur.

"Bu, bizim uğurumuzdur. Təbii ki, vəkillərin sayı daha da artacaq. Deyirlər ki, qəbul asanlaşdırılıb. Biz namizədlərin savadını artırmaq üçün təlimlər və kurslar təşkil edəcəyik ki, onlar vəkilliyə daha yaxşı hazırlaşsınlar. Hazırda sənəd qəbulu üzrə onlayn sistem yaratmışıq ki, rayonlarda olan insanlar əziyyət çəkməsinlər. Biz, həmçinin işə qəbul üçün namizədlərin iş təcrübəsini azaltmışıq. Bu isə vəkilliyə qəbulda maneələri aradan qaldırır".

Xəbər lenti