Xəzər Xəbər

Bu gün Hövsanda su olmayacaq

Cəmiyyət | 11:38 • 15 Noyabr 2018
Bu gün Hövsanda su olmayacaq
Suraxanı rayonu Hövsan qəsəbəsini içməli su ilə təchiz edən magistral kəmərdə baş vermiş qəza ilə əlaqədar 15 noyabr 2018-ci il tarixində gün ərzində qəsəbəyə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.


Bu barədə XəzərXəbər-ə "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumat verilib.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti

Çox oxunanlar