Xəzər Xəbər

Putin İstanbulda törənlə qarşılanacaq

Dünya | 10:27 • 15 Noyabr 2018
Putin İstanbulda törənlə qarşılanacaq

Mərasim noyabrın 19-da İstanbulda keçiriləcək və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu tədbirə qatılacaq.

Rusiya prezidenti Vladimir Putin "Türk axını” təbii qaz boru xətti layihəsinin dənizdən keçən hissəsinin tamamlanması münasibətilə keçiriləcək mərasimdə iştirak edəcək.

Mərasim noyabrın 19-da İstanbulda keçiriləcək və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu tədbirə qatılacaq.

"Türk axını” layihəsi Qara dənizdən Türkiyənin Avropa hissəsinə, oradan isə Yunanıstanla sərhədədək uzanan qaz boru xəttinin tikintisini nəzərdə tutur. Layihənin dənizdən keçən hissəsinin uzunluğu 930 kilometrdir. İlk kəmərin Türkiyəyə, ikinci xəttin isə Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirməsi nəzərdə tutulur.

Məlumata görə, səfər çərçivəsində Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla ikitərəfli və regional məsələləri müzakirə edəcək.

AzNews.az

Xəbər lenti