Xəzər Xəbər

Şahzadə üçün təhlükəli 2 adam - ABŞ mətbuatı yazdı

Dünya | 09:44 • 15 Noyabr 2018
Şahzadə üçün təhlükəli 2 adam - ABŞ mətbuatı yazdı

Hər iki məsləhətçi bu günə qədər Qaşıqçı cinayəti ilə bağlı heç bir açıqlama verməyiblər.

ABŞ-ın "New York Times" nəşri Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd ibn Salmanın iki yaxın məsləhətçisi haqda yazıb.

Ben Hubbard və David Kirkpatrick imzasıyla çıxan "Səudiyyə şahzadəsinin yüksəlişində iki sadiq dəstəkçi" başlıqlı məqalədə Səudiyyə Ərəbistanı şahzadəsinin iki yaxın dostu - Saud el Katani ilə Turki el Şeyhin şahzadə və onun işləri üzərində böyük təsiri dəyənləndirilib.

Səudiyyə xanədanı üzvlərinin belə El Katani və El Şeyhdən qorxduğu yazılan məqalədə, ibn Salmanın xanədan içində iqtidara gəlişində, korrupsiya istintaqı adı altında kral ailəsinin və Səudiyyənin zəngin iş adamlarının Riyaddaki Ritz-Carlton otelində həbsdə saxlanılmasında, Livanın baş naziri Saad Həririnin istefaya məcbur edilməsində, Qatarla və Kanada arasında siyasi gərginliyin yaradılmasında məhz bu iki adın əhəmiyyətli rol oynadığı bildirilir.

Newsweek nəşri isə bu şəxslərdən savayı şahzadənin siyasi məsləhətçisi olmadığını yazır. Qaşıqçı cinayətindən sonra həbs olunduğu deyilən 18 adın arasında bu məsləhətçilərin yer almadığı da vurğulanır.

Universitetdə hüquq diplomu alan 40 yaşlı Saud el Kataninin 10 il əvvəl kral məhkəməsində işə alındığı və eyni zamanda kral ailəsinin sirlərini və əlaqələrini çox yaxşı qavradığı deyilir.

El Katani ibn Salmanın rəqiblərinin uzaqlaşdıraraq iqtidara gəlməsində əhəmiyyətli rol oynayıb.

Digər məsləhətçi 37 yaşlı Turki el Şeyx Məhəmməd ibn Salmanın mühafizəçisi olub. O, şahzadəyə bağlılığı ilə diqqəti cəlb edib. Nəticədə Şeyx İdman Nazirliyinin başına gətirilib.

Məqalədə yazılır ki, kral ailəsinin və ən zəngin iş adamlarının Ritz Carlton otelində korrupsiya ilə mübarizə adı altında tutulduğu vaxtlarda El Şeyx 4,8 milyon dollar dəyərində xüsusi dizaynlı idman avtomobili alıb.

El Katani və El Şeyx Ritz Carltonda tutulanların dindirilməsində və işgəncə verilməsində də əsas rol oynayıblar.

Hər iki məsləhətçi bu günə qədər Qaşıqçı cinayəti ilə bağlı heç bir açıqlama verməyiblər.

AzNews.az

Xəbər lenti