Xəzər Xəbər

“İdmançılarla bağlı böyük mübahisələr baş verir” - Nazir

Gündəm | 09:47 • 15 Noyabr 2018
“İdmançılarla bağlı böyük mübahisələr baş verir” - Nazir
"WADA-nın Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclasının Bakıda keçirilməsi qurumun qısa müddətdə anti-dopinq sahəsində Azərbaycanda görülən işlərdən razı qalmasının göstəricisidir"


XəzərXəbər xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda keçirilən Ümumdünya Antidopinq Agentliyinin (WADA) Təsisçilər Şurası və İcraiyyə Komitəsinin iclasında iştirak edən gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, tədbir çərçivəsində idman ictimaiyyətinin tanınmış simaları Bakıda səfərdədirlər. "İnanırıq ki, burada qaldırılacaq məsələlər gələcək üçün çox vacib olacaq. Bildiyiniz kimi, idmançılarla bağlı böyük mübahisələr baş verir. Bizim əsas məqsədimiz təmiz idman, ədalətli oyunlardır. Ona görə də konfransın bu işlərdə rolunun çox böyük olacağını düşünürük".

Xəbər lenti