Xəzər Xəbər

Obyektinin qarşısına "zibil atmaq atanıza ziyandır'' lövhəsi vurdu - VİDEO

Veb TV | 20:30 • 14 Noyabr 2018
Obyektinin qarşısına "zibil atmaq atanıza ziyandır'' lövhəsi vurdu -

Bakıda mərkəzi küçələrin birində fəaliyyət göstərən obyektlərdən birinin sahibi maraqlı addım atıb. O, obyektinin qarşısını zibilləyənlər üçün bir lövhə hazırlayıb və lövhəyə "zibil atmaq atanıza ziyandır'' sözlərini yazıb.

Xezerxeber.az-ın məlumatına görə, obyekt sahibinin bu addımı öz effektini verib, ancaq paytaxt sakinlərinin lövhədə yazılanlara münasibəti birmənalı olmayıb.

Amma vətəndaşlar arasında ağaca vurulan bu lövhədəki cümləni normal qarşılayanlar da var.

Obyekt sahibi isə bildirib ki, bu löhvəni ağaca vurandan sonra ağacın dibinə zibil atan yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti