Xəzər Xəbər

2019-cu ildə qlobal neft tələbatı sutkada 100,6 milyon barrel olacaq

İqtisadiyyat | 17:52 • 14 Noyabr 2018
2019-cu ildə qlobal neft tələbatı sutkada 100,6 milyon barrel olacaq

Cari ildə qlobal neft tələbatı gündəlik orta hesabla 99 milyon 200 min barrel təşkil edəcək.


Xezerxeber.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, 2019-cu ildə isə neft tələbatının sutkalıq 100 milyon 600 min barrel səviyyəsində olacağı proqnozlaşdırılır.


EIA-a görə, bu il neftə olan gündəlik tələbatda 34 milyon 800 min barrel ilə Asiya-Sakit okean ölkələri ilk sırada olacaq. Sonrakı yerlərdə isə 31 milyon 900 min barrellə Amerika qitəsi və 15 milyon barrel ilə Avropa qərarlaşıb.

Xəbər lenti