Xəzər Xəbər

Maşınını sığorta etdirib, amma cərimələnib - VİDEO

Veb TV | 20:25 • 14 Noyabr 2018
Maşınını sığorta etdirib, amma cərimələnib -

Bakıda avtomobilinin icbari sığortası olan sürücüyə elektron protokol tərtib edilib.

Xezerxeber.az-ın məlumatına görə, icbari sığortası var, amma ünvanına cərimə protokolu göndərilib.

Özəl şirkətlərdən birinə məxsus kiçik tutumlu yük avtomobilinin sürücü Elnur Əliyev deyir ki, bu ilin fevral ayında idarə etdiyi maşını icbari qaydada sığorta etdirib. Amma bir neçə gün əvvəl onun yaşadığı ünvana və şəxsi kabinetinə avtomobilin icbari sığorta olunmaması barədə məktub gəlib.

Elnur Əliyevin sözlərinə görə, icbari sığorta müqaviləsnin vaxtı gələn ilin fevral ayının 21-də bitəcək. Noyabrn 9-da Binəqədi rayonu Rəsulzadə qəsəbəsində hərəkətdə olarkən Elnur Əlyevə ''Asanpay.az'' saytında şəxsi kobinetinə məktub gəlib ki, icbari sığorta müqaviləsi bitdiyi üçün 50 manat məbləğində cərimə olunub. Sürücü bundan sonra sığorta şirkətinə müraciət edib. Ordan da bildirilib ki, onun avtomobilinin sığortası var.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev bildirdi ki, zərərçəkmiş sürücü Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etsin və fakt araşdırılsın. Həqiqətən də onun dediyi kimi olarsa, elektron protakol ləğv ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti