Aparılan tədqiqatlar sübut edib ki, sürücülərin 98%-i cihazlar panelindəki xəbərdarlıq işıqlarının nəyi əks etdirdiyini bilmir.
Bu gün oxucularına bəzi vacib xəbərdarlıq işıqlarının sürücüyə hansı məlumatı çatdırmaq istədiyi barədə məlumat verəcəyik.
1.İstilik göstəricisi
Bu xəbərdarlığın yanması mühərrikin həddən artıq isindiyi mənasına gəlir. Mühərriki soyudan maye normadan artıq isinib. Bu zaman avtomobili saxlayın və mühərrikin soyumasını gözləyin. Sonra isə ən yaxında olan servisə sürün.
2.Təkər təzyiqi
Təkərdə təzyiqin azalmasını göstərir. Eyni zamanda təkərə zəncir vurmaq lazım olanda da yanır.
3.Yağ təzyiqi
Mühərrik yağının azalması ilə bağlı xəbərdarlıqdır. Avtomobili belə vəziyyətdə idarə etmək mühərrik üçün çox ziyandır.
4.ESP/ASR sistem xəbərdarlığı
ESP/ASR sistemləri işləyəndə yanıb-sönür. Əgər daim yanırsa, deməli sistemlər ya ləğv edilib, ya da işləmir. Servisə getmək məsləhətdir.
5.ABS əyləc sistemi
ABS işığının daim yanılı qalması sistemin işləmədiyini göstərir. Əyləc ABS-siz də işləyir, bununla belə sistemi təkrar çalışdırmaq üçün ustalara müraciət edin.
6.Sürətlər qutusu xəbərdarlığı
Bu xəbərdarlıq avtomatik sürətlər qutusu olan maşınlara aiddir. Sürətlər qutusunun qolunu hərəkətə keçirmək üçün əyləc pedalına basmaq lazımdır.
7.Şüşə suyu
Bu xəbərdarlıq lampası şüşələri yuyan suyun bitdiyi mənasına gəlir. Bunun üçün servisə getmək lazım deyil, suyu özünüz də əlavə edə bilərsiniz.
8.Diferensial kilid xəbərdarlığı
Həddən artıq sürətlə hərəkət bu lampanın yanmasının birinci səbəbidir. İkincisi isə arxa diferensial kiliddə mexaniki bloklanma olduğunu bildirir
9.Dizel filtr
Dizellə çalışan maşınlarda olur. Bu lampanın yanması dizel filtrinin çirkləndiyi mənasına gəlir. Filtri dəyişdirmək lazımdır.
10.Səsboğucusu sistem xəbərdarlığı
Avtomobili işə salanda bu lampa yanır və sönür. Əgər avtomobil hərəkətdə olanda bu xəbərdarlıq yanırsa və ya avtomobili işə saldıqdan sonra sönmürsə, təcili servisə yaxınlaşın. Deməli, avtomobilin təmirə ehtiyacı var.
11.Hava yastığı və təhlükəsizlik kəməri xəbərdarlığı
Əgər bu lampa hərəkət zamanı yanıb-sönürsə deməli hava yastığında problem var. Qəza zamanı isə hava yastığı işə düşməz. Ən qısa müddət ərzində servisə müraciət edin.
12.Akkumulyator xəbərdarlığı
Bu xəbərdarlıq akkumulyatorun boşaldığını göstərir. Bunun üçün isə servisə getmək lazımdır.
Ölkə.Az