Xəzər Xəbər

Ruhanidən inqilabi açıqlama: Qadınların bu hərəkəti şəriətə zidd deyil

Dünya | 11:42 • 14 Noyabr 2018
Ruhanidən inqilabi açıqlama:

İranda 39 il fasilədən sonra qadınların futbol matçını izləməsi ilə bağlı müzakirələrə prezident Həsən Ruhani nöqtə qoyub.

İran prezidenti təxminən 500 qadının ilk dəfə stadionda İran təmsilçisi "Persepolik” ilə Yaponiyanın "Kaşima Antlers” komandasının qarşılaşmasını izləməsinə reaksiya verib.

Onun sözlərinə görə, qadınlara futbola baxmaq azadlığının verilməsi barədə qərar şəriətə zidd deyil: "Stadionun bir hissəsinin qadınlara ayrılmasında nə kimi problem ola bilər? Bu, şəriət, qanun və Mədəni İnqilab Ali Şurasının qərarları ilə ziddiyyət təşkil etmir”./teleqraf.com

Xəbər lenti