Xəzər Xəbər

Yupiter üzərində qəribə buludlar – NASA foto yaydı

Dünya | 11:18 • 14 Noyabr 2018
Yupiter üzərində qəribə buludlar

ABŞ-ın Milli Aerokosmik Agentliyi (NASA) Yupiterin Şimal yarımkürəsində çəkilmiş "bükülmüş” buludların foto-şəkillərini yayımlayıb.

Görüntü üst bulud qatından 7000 kilometr məsafə uzaqlıqdan - "Juno” kosmik cihazı tərəfindən əldə edilib.

Fotolarda bir neçə "pop-up” formalı fiqurlarla yanaşı, "Ağ Oval” adlandırılan anti-klonik qasırğanı görmək mümkündür.

"Juno” 2011-ci ildə Yupiterin tədqiqatı üçün hazırlanıb və 2016-cı ildə fəaliyyətə başlayıb.

Aparatın missiyasına planetin qravitasiya və maqnit sahələrinin öyrənilməsi, habelə Yupiterin möhkəm bir nüvəyə malik olduğu hipotezini sınaqdan keçirmək daxildir./teleqraf.com

Xəbər lenti